Türkiyə sağlamlıq turizmində ilk onluğa girdi

Dünyanın ən çox turist cəlb edən 6-cı ölkəsi Türkiyə sağlamlıq turizmi istiqamətində də sürətlə böyüyür.

379697
Türkiyə sağlamlıq turizmində ilk onluğa girdi

  Şəfa tapmaq üçün Türkiyə xəstəxanalarını seçən adamların sayı son 5 ildə 5 qat artaraq 583 minə çatıb. Bu rəqəmlə də Türkiyə dünya sıralamasında ilk 10-luğa girib.

  Müharibə bölgələrindən gələn xəstələrin əksəriyyəti ortopediya və zədə müalicəsi, digər ölkələrdən gələnlər isə əsasən göz müayinəsi, saç əkilməsi, diş və digər estetik əməliyyatlara görə səhiyyə qurumlarına müraciət ediblər ki, ümumi halda bu rəqəm 700 minə yaxınlaşır. Bu sektorun 2017-ci il üçün hədəfi səhiyyə gəlirini 2,5 milyard dollardan 8 milyarda çıxarmaqdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr