Yunanıstan hökumətini Avropa İttifaqı yenə tənqid edib

Avropa Komissiyasının sədri Jan Klod Yunker (Jean Claude Juncker) Yunanıstan baş naziri Aleksis (Alexis) Çiprasın söz verdiyi alternativ iqtisadi islahatları həyata keçirməkdə uğursuz olduğunu söyləyib.

295978
Yunanıstan hökumətini Avropa İttifaqı yenə tənqid edib

  Almaniyada təşkil edilən G-7 sammitində çıxış edən Yunker müzakirələrin bu həftə davam etməsi və bitməsi üçün Çıprası sürətlə bəzi alternativ təkliflər təqdim etməyə çağırıb.

  “Çiprası bir dost kimi qəbul edirəm, amma özü anlamalıdır ki, yenə bəzi qaydalara uyğun gəlmək məcburiyyətindədir" deyən Komissiya sədri Yunanıstan Baş nazirinin Avropa İttifaqı təkliflərini Məclisinə səhv əks etdirdiyini söyləyb.

  Qeyd edək ki, Yunanıstan Beynəlxalq Valyuta Fonduna (BVF) ödəməli olan 300 milyon avroluq borcu cümə gününə qədər təxirə salmışdı. Borcunu ödəyə bilməzsə, Avropa İttifaqından çıxarıla bilər.

  Avropalı liderlər və BVF (IMF) Yunanıstan üçün kəmərsıxma siyasətini istəyir, amma Yunanıstan hökuməti bu günə qədər kəmərsıxma siyasətinin tətbiqini qəbul etmir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr