Dünya Bankı Avropa İttifaqının İqtisadi Hesabatını açıqlayıb

Hesabata görə, Aİ ölkələri 2015 və 2016-cı illərdə neft qiymətləri və davam etdirilən müsbət pul siyasətinin nəticəsində daha sürətlə böyüyəcək. İnkişafın 2015-ci il üçün 1,8, 2016-cı il üçünsə 2 faiz artacağı gözlənilir.

296038
Dünya Bankı Avropa İttifaqının İqtisadi Hesabatını açıqlayıb

  Almaniya, Macarıstan, İrlandiya, Polşa və İngiltərə kimi ölkələr üçün proqnozlaşdırılıb ki, iqtisadiyyatlarında bu il daha çox artma müşahidə olunacaq, Orta və Şərqi Avropa ölkələrində də 2,4 faiz irəliləmə gözlənilir.

  Cənubi Avropa ölkələrinin Yunanıstanla maliyyə gərginliklərinə baxmayaraq, təkrar böyüməyə start verəcəkləri bildirilən hesabatda böyümənin ardıcıl olması üçün ixrac və investisiyalar istiqamətində dəstəyin davam etməsinin lazım olduğu vurğulanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr