Avrozona ilǝ yaxın zamanda razılıq ǝldǝ edilǝ bilǝr

Yunanıstan avro bölgǝsi ilǝ BVF-nin maliyyǝ yardımının son hissǝsinin tǝcili olaraq verilmǝsini gözlǝyir.

295598
Avrozona ilǝ yaxın zamanda razılıq ǝldǝ edilǝ bilǝr

Yunanıstan avro bölgǝsi ilǝ BVF-nin maliyyǝ yardımının son hissǝsinin tǝcili olaraq verilmǝsini gözlǝyir.
Yunanıstan Baş naziri Aleksis Çipras açıqlama verǝrǝk deyib ki, maliyyǝ sahǝsindǝ müxtǝlif addımlar atmışıq, yaxın zamanda yekun razılaşma imzalana bilǝr.
İqtisadiyyat naziri Yannis Varufakisin fikrincǝ hǝftǝ sonunda razılıq ola bilǝr.
Ancaq ǝn böyük borcverǝn ölkǝ kimi Almaniya bu barǝdǝ hǝmfikir deyil.
Almaniyanın Maliyyǝ naziri Volfqanq Şöblǝ müzakirǝlǝrdǝ mühüm addım atıla bilmǝdiyini bildirib.
Qeyd edǝk ki, Yunanıstana edilǝn maliyyǝ yardımının 7 milyard 200 milyon avroluq son hissǝsini vermǝyi maliyyǝ sahǝsindǝ islahatlar aparılmasından asılı tutan avro bölgǝsi ilǝ rǝsmi Afina aylardır mövzunu müzakirǝ edir.
Avropa İttifaqı vǝ BVF ilǝ maliyyǝ yardımının davam etmǝsi üçün tǝlǝb edilǝn kǝmǝr sıxma tǝdbirlǝrini müzakirǝ edǝn Yunanıstan hökumǝtinin gǝlǝcǝk ayın axırınadǝk müddǝti var. Kreditorlar tǝkidlǝ deyirlǝr ki, maliyyǝ yardımı müqabilindǝ Yunanıstanda pensiyaçıların ǝmǝk haqlarının mǝhdud edilmǝsi daxil sǝrt islahatlar hǝyata keçirilsin.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr