"Areva" şirkəti iqtisadi böhran yaşayır

“Areva” şirkəti iş yerinin ixtisarına dair qәrar qәbul edib.

269499
"Areva" şirkəti iqtisadi böhran  yaşayır

Dünyada atom elektrik stansiyaları üçün enerji avadanlıqları istehsal edən və əsas ofisi Parisdə yerləşən “Areva” şirkəti ötən il keçirdiyi iqtisadi böhran nəticəsində 5 milyrad avro zərərə düşdüyünə görə iş yerlərində kütləvi ixtisarlar aparmağı qərara alıb.
2001-ci ildə əsası qoyulmuş şirkətin dünyada 44 min işçisindən 30 mini Fransada fəaliyyət göstərir. Maliyyə böhranından çıxış yolunu iş yerlərinin ixtisarında görən şirkət müxtəlif ölkələrdə 2500-3000, Fransada isə 4000 iş yerinin ixtisar ediləcəyini bildirib.
Şirkət rəsmiləri bu ixtisarlar sayəsində hər il 1,7 milyard əlavə vəsait əldə edəcəyini proqnozlaşdırırlar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr