Avtomobil bazarı dörd ayda 57 faiz böyüyüb

Türkiyǝdǝ avtomobil vǝ yüngül ticari avtomobil bazarı cari ilin ilk dörd ayında keçǝn ilin müvafiq dövrü ilǝ müqayisǝdǝ 57,11 faiz inkişaf edib.

263949
Avtomobil bazarı dörd ayda 57 faiz böyüyüb

Türkiyǝdǝ avtomobil vǝ yüngül ticari avtomobil bazarı cari ilin ilk dörd ayında keçǝn ilin müvafiq dövrü ilǝ müqayisǝdǝ 57,11 faiz inkişaf edib.
Avtomobil satışları cari il yanvar-aprel dövründǝ keçǝn ilin müvafiq dövrü ilǝ müqayisǝdǝ 49,26 faiz artaraq 197 min 202-yǝ çıxıb.
Yüngül ticari avtomobil bazarı da cari ilin ilk dörd ayında keçǝn ilin müvafiq dövrü ilǝ müqayisǝdǝ 85,54 faiz artaraq 67 min 648 olub.
Aprel ayında isǝ avtomobil vǝ yüngül ticari maşın bazarında satışlar 91 min 602-yǝ çıxıb. Buna görǝ 2014-cü ilin apel ayı ilǝ müqayisǝdǝ 71,85 faiz artım qeydǝ alınıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr