Türkiyǝnin büdcǝ kǝsiri problemi yoxdur

İqtisadiyyat naziri Nihat Zeybǝkçi Türkiyǝnin büdcǝ vǝ xarici ticarǝt sahǝsindǝ çatışmazlıq probleminin olmadığını bildirib.

235289
Türkiyǝnin büdcǝ kǝsiri problemi yoxdur

İqtisadiyyat naziri Nihat Zeybǝkçi Türkiyǝnin büdcǝ vǝ xarici ticarǝt sahǝsindǝ çatışmazlıq probleminin olmadığını bildirib.
Hǝrblǝrin artıq silahla yox iqtisadiyyatlar üzǝrindǝn olduğunu qeyd edǝn Zeybǝkçi deyib ki, gǝlǝcǝk ǝsas olaraq biliklǝ istiqamǝtlǝndirilmǝlidir. Türkiyǝnin xarici ticarǝt hǝcmi 35 ildǝ 500 milyard dollara çatıb. Ölkǝmiz turizm sahǝsindǝ dünyanın 6-ci böyük ölkǝsi olub. Hǝdǝfimiz dünyada birinci yerǝ çıxmaqdır. Bu torpaqlar dünyanın ǝn gözǝl ölkǝsidir.
İqtisadiyyat naziri Nihat Zeybǝkçi Türkiyǝnin xarici ticarǝtinin 20 milyard dollara yaxın hissǝsinin Türk lirǝsi ilǝ reallaşdırıldığını ifadǝ edib.
Nazir, ayrıca Türkiyǝdǝ insanların 85 faizinin siyasi sabitlikdǝn, 75 faizinin isǝ iqtisadiyyat sahǝsindǝki sabitlikdǝn naharatlıq duymadığını söylǝyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr