SOCAR-ın әn böyük aktivi olan "Petkim" səhmlərini satıb

“Petkim PetroKimya Holding A.Ş.”nin törəmə şirkəti “Petlim Limancılık Ticaret A.Ş” səhmlərinin 30 faizini “Goldman Sachs” şirkətinə satıb.

153848
 SOCAR-ın әn böyük  aktivi  olan "Petkim"  səhmlərini satıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən böyük aktivi və səhmlərinin 61,32 faizi ona məxsus olan “Petkim PetroKimya Holding A.Ş.”nin törəmə şirkəti “Petlim Limancılık Ticaret A.Ş” səhmlərinin 30 faizini “Goldman Sachs” şirkətinə satıb.
Türkiyənin Məlumatlandırma Platformasının (KAP) rəsmi saytında verilın xəbərdə bildirilir ki, “Petkim Petro Kimya Holding A.Ş.”nin törəmə şirkəti “Petlim Limancılık Ticaret A.Ş.”nin səhmlərinin 30 faizini təşkil edən 45 milyon ədədlik hissəsi 250 milyon dollara “Goldman Sachs” şirkəti tərəfindən satın alınıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr