5-ci Boğaziçi Sammiti işini davam etdirir

Türkiyə İxracatçılar Məclisinin təşkilatçılığı ilə İstanbulda keçirilən “Sabahın dəyişən ssenarisi: mürəkkəbliyi dərk etmək və dialoqları inkişaf etdirmək” mövzusunda 5-ci Boğaziçi Sammiti işini davam etdirir.

147309
5-ci Boğaziçi Sammiti işini davam etdirir

Türkiyə İxracatçılar Məclisinin təşkilatçılığı ilə İstanbulda keçirilən “Sabahın dəyişən ssenarisi: mürəkkəbliyi dərk etmək və dialoqları inkişaf etdirmək” mövzusunda 5-ci Boğaziçi Sammiti işini davam etdirir.
Zirvə toplantısının budəfəki iclasına 70 ölkəni təmsil edən dünya liderləri, yüksək rütbəli dövlət məmurları, dünyanın tanınmış investisiya şirkətləri və 100-dən artıq özəl şirkətin rəhbərləri qatılıb.
Sammitdə investisiya imkanlarının araşdırılması, yeni bazar prinsipləri, İslam bankçılığı və dünyada dinamik dəyişən cəmiyyətin digər problemləri kimi məsələlər ilə bağlı dəyirmi masalar təşkil edilib. Zirvə toplantısını sabiq dövlǝt başçısıAbdullah Gül açıq elan edib.
Tədbirin ikinci günündə baş nazirin müavini Әli Babacan çıxış edib.
Babacan, Türkiyənin iqtisadi strategiyası, dünya iqtisadiyyatında baş verən dəyişikliklər və bu yaxınlarda Avstraliyada keçirilmiş “G20” iclasında qəbul edilmiş proqram haqqında ǝtraflı mǝlumat vérib.
Babacan Türkiyə iqtisadiyyatının 20 il öncə və bugünkü vəziyyəti arasında müqayisəli təhlilini apararaq bildirib ki, Türkiyə hökuməti arzu etdiyi iqtisadi inkişaf və demokratiya nöqtəsinə çatmaq məqsədilə 2008-ci ildən başlayaraq hər bir nazirlik üzrə inkişaf proqramı yaradıb və 2020-ci ilə qədər bu proqramın həyata keçirilməsi üstündǝ tǝkidlǝ dayanır.
Qeyd edǝk ki, sammitdə Azǝrbaycanı Dövlǝt Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Zirvə toplantısı daha sonra panellər üzrə işini davam etdirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr