Babacan, Böyük İyirmilǝrin sammitinǝ qatılacaq

Baş nazir müavini Əli Babacan, Böyük İyirmilǝrin nazirlər və Mərkəzi Bankı başçılarının sammitinǝ qatılacaq.

132267
 Babacan, Böyük İyirmilǝrin sammitinǝ qatılacaq

Baş nazir müavini Əli Babacan, Böyük İyirmilǝrin nazirlər və Mərkəzi Bankı başçılarının sammitinǝ qatılacaq.
Avstraliyanın Keirns şəhərində bu gün başlayacaq sammit, 21 sentyabrda sona çatacaq.
Əli Babacan, G-20 yığıncağı çərçivəsində hǝmkarları ilə ikitərəfli görüşlər keçirəcək.
Böyük İyirlimǝrin nazirləri, 15-16 noyabrdakı Birləşmiş Krallığın Uels Bölgəsində keçirilǝcǝk Brisbane Zirvəsi əvvəlində əhatəli bir toplantı keçirǝcǝk.
Qlobal iqtisadi inkişaflar, G-20-nin böyümə strategiyaları, investisiya və infrastruktur, maliyyə tənzimləmələr və beynəlxalq vergi mövzuları 5 fərqli iclasda müzakirǝ edilǝcǝk.
Baş nazir müavini Əli Babacan, G-20-in iş dünyası, qeyri-hökumət, düşüncə təşkilatları və gənclərə istiqamətli qarşılıqlı qruplarının gündəmi ilǝ bağlı siyasət tövsiyələrini paylaşacağı iclasa da qatılacaq.
Böyük İyirmilǝrin nazirlər və Mərkəzi Bankı başçılarının sammiti dekabrın birindǝn tutmuş G-20-nin növbǝti sǝdrliyini üzǝrinǝ götürəcək Türkiyənin hazırlıqları baxımından da əhəmiyyət daşıyır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr