ABŞ,önәmli toplantıya ev sahibliyi edib

Türkiyə və ABŞ arasında 3-cü İqtisadi və Ticarət Strateji Əməkdaşlıq toplantısı keçirilib.

67787
ABŞ,önәmli toplantıya ev sahibliyi edib

Vaşinqtonda Türkiyə və ABŞ arasında 3-cü İqtisadi və Ticarət Strateji Əməkdaşlıq toplantısı keçirilib. Toplantı çərçivəsində baş nazirin müavini Əli Babacan və iqtisadiyyat naziri Nihat Zeybəkçi ilə ABŞ-ın ticarət naziri Penny Pritzker və ticarət təmsilşisi Maykl Froman arasında görüş olub. Ikitərəfli əlaqələrin müzakirə edildiyi görüşdə ABŞ və Avropa İttifaqı arasında davam edən Transatlantik ticarət və sərmayə ortaqlığı gündəmə gəlib. Türkiyənin bu məsələdə kənarda qalmasını istəmədiyini deyən Zybəkçi, Vaşinqtonun da Türkiyəyə dəstək verəcəyinə inandığını bildirib. Əli Babacan isə Türkiyənin Avropa İttifaqı ilə Gömrük Razılaşmasına diqqət çəkib. Amerika ticarət təmsilçisi Maykl Froman danışıqlar davam etdikcə Türkiyənin haqlı mənafelərinin qorunmasına çalışacaqlarını söyləyib. Onun sözlərinə görə, bununla bağlı il ərzində ciddi addımlar atılacaq. ABŞ-ın ticarət naziri Penny Pritzker də Türkiyənin 2023-cü ilədək dünyanın 10 ən böyük iqtisadiyyatı olan ölkələr arasında yer alması ilə bağlı hədəflərini dəstəklədiklərini vurğulayıb. Nazir həmçinin sentyabrda Türkiyəyə gələcəyini də deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr