Türkiyәnin qadınlardan ibarәn milli voleybol komandası Almaniyanı mәğlub etdi

Türkiyәnin qadınlardan ibarәn milli voleybol komandası ABŞ-də keçirilən FIVB Millətlər Liqasının (VNL) ikinci həftəsinin ilk oyununda Almaniyaya qalib gəlib.

2146463

Texas ştatının Arlinqton şəhərində baş tutan matçda rəqibini 3:1 hesabı ilə məğlub edən komandanın heyətindəki Melissa Varqas 23 xalla ən məhsuldar oyunçu olub.

Belәliklә komanda VNL-dəki beşinci qarşılaşmasında üçüncü qələbəsini qazanıb.

Qeyd edәk ki, Türkiyә millisinin növbəti oyunu Serbiya millisinə qarşı olacaq.

Әlaqәli Xәbәrlәr