Türkiyə - Almaniya matçı TRT 1-də
Dünyanın 1 nömrəli “Filenin Sultanları”nın Millətlər Liqası macərası ABŞ-da davam edir
2145962
![Türkiyə - Almaniya matçı TRT 1-də](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/e9b0/c03e/0401/6656b95e42f26.jpg?time=1722043797)
Dünyanın 1 nömrəli “Filenin Sultanları”nın Millətlər Liqası macərası ABŞ-da davam edir.
Ay-ulduzlular 2-ci həftənin ilk oyununda 30 mayda Almaniya ilə qarşılaşacaq.
Texas ştatındakı “College Park Center”də oynanılacaq qarşılaşma 22.30 GMT-də başlayacaq və TRT 1-də canlı yayımlanacaq.
Türkiyə Millətlər Liqasının ilk həftəsində keçirdiyi 4 matçdan 2-də qalib gəlib.
Fransa və Hollandiyaya qalib gələn Türkiyə millisi Yaponiya və İtaliyaya məğlub olub. 7 xal toplayan ay-ulduzlular komandası 7-ci pillədə qərarlaşıb.