Bakının “Dünyanın idman paytaxtı”na namizədliyi irəli sürüldü
Bu barədə Avropa İdman Paytaxtları Federasiyasının (ACES) baş katibi Huqo Alanso Kastanon belə deyib ...
2130353
![Bakının “Dünyanın idman paytaxtı”na namizədliyi irəli sürüldü](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/a001/bbef/b87b/662529e8b2327.jpg?time=1722043866)
Azərbaycanın paytaxtı Bakının 12 kateqoriyaya əsasən “Dünyanın idman paytaxtı”na namizədliyi irəli sürülüb. Bu barədə Avropa İdman Paytaxtları Federasiyasının (ACES) baş katibi Huqo Alanso Kastanon "Bakının 2026-cı ildə dünyanın idman paytaxtına namizədliyi" mövzusunda təşkil olunan mətbuat konfransında çıxışında belə deyib: “Bu kateqoriyaların hər biri 100 ballıq şkala ilə qiymətləndiriləcək. Bakı ən azı 80-dən artıq bal toplamalıdır ki, 2026-cı ilin idman paytaxtı kimi təsdiqlənsin. 1 həftə ərzində qiymətləndirmələr aparılacaq və biz yalnız bundan sonra Bakının idman paytaxtı seçilib-seçilməyəcəyi ilə bağlı suala cavab tapacağıq".