Eda Erdem Dündar "Beynəlxalq Cəsarətli Qadınlar Mükafatı"na namizəd göstərilib

Eda Erdem Dündar ABŞ Dövlət Departamenti tərəfindən verilən "Beynəlxalq Cəsarətli Qadınlar Mükafatı"na namizəd göstərilib.

2120422
Eda Erdem Dündar "Beynəlxalq Cəsarətli Qadınlar Mükafatı"na namizəd göstərilib

Qadın voleybolçulardan ibarət milli komanda ilə yanaşı "Fənərbağça Opet" komandasının kapitanı olan Eda Erdem Dündar ABŞ Dövlət Departamenti tərəfindən verilən "Beynəlxalq Cəsarətli Qadınlar Mükafatı"na namizəd göstərilib.

ABŞ-ın İstanbuldakı baş konsulu Culie A. Eadehin sahibliyində ABŞ Baş Konsulluğunun qonaq evində təşkil edilən qəbulda Eda Erdem Dündara mükafata namizəd göstərildiyinə görə xatirə nişanı təqdim edilərkən, ABŞ-ın Türkiyedəki səfiri Cefri L. Flake qadınların güclənməsinə verdiyi dəstək barədə Eda Erdem Dündarın çox əhəmiyyətli bir şəxsiyyət olduğunu söyləyib.

Ceffry L. Flake, Eda Erdem Dündarın nailiyyətlərini və qadınların güclənməsi istiqamətindəki işini gördükdən sonra bu mükafata layiq olduğunu düşündüyünü deyib.

"O, həm də dünyanın ən yaxşı voleybol komandasının kapitanıdır. Belə mövqedə olmaq asan deyil. Kapitan Eda Erdem gənc qadınlara vaxt ayırır və onlara hər şeyə nail ola biləcəklərini göstərir. Bizim üçün mükafata layiq bir insandır", -deyə o qeyd edib.

ABŞ-ın İstanbuldakı baş konsulu Culie A. Eadeh da "ABŞ Dövlət Departamenti hər il "Beynəlxalq Cəsarətli Qadınlar" adlı mükafat verir. Bu mükafata qadınların səlahiyyətlərinin artırılması, insan hüquqları və müxtəlif sahələrdə uğur qazanmış qadınlar namizəd göstərilir. Bu səbəbdən kapitan Eda Erdemi bu mükafata namizəd göstərdik" deyib.

Eda Erdem Dündar isə çox əhəmiyyətli bir mükafata namizəd olmasından qürur duyduğunu bildirib.



Әlaqәli Xәbәrlәr