Fransa çempionatında Türkiyədən idmançı gümüş medal qazandı

Türkiyə Müasir Pentatlon Federasiyasının verdiyi məlumata görə ...

2077863
Fransa çempionatında Türkiyədən idmançı gümüş medal qazandı

 

  Fransa Böyüklər Müasir Pentatlon Açıq Çempionatında yarışan İlke Özyüksel Mihrioğlu gümüş medal qazanıb.

  Türkiyə Müasir Pentatlon Federasiyasının verdiyi məlumata görə, paytaxt Parisdə keçirilən idman tədbirində qılıncoynatma, at sürmə, üzgüçülük, qaçış və atıcılıq mərhələlərində İlke Özyüksel Mihrioğlu 1435 xal toplayaraq qadınlar kateqoriyasında ikinci olub.

  Birinci yeri 1446 xalla britaniyalı Emma Uitaker, 3-cü yeri isə 1423 xalla misirli Amira Kandil tutub.



Әlaqәli Xәbәrlәr