Çalhanoğlu tarixə düşdü

Milli futbolçu Hakan Çalhanoğlu A seriyasında ən çox qol vuran türk futbolçu olub.

2064002
Çalhanoğlu tarixə düşdü

Milli futbolçu Hakan Çalhanoğlu A seriyasında ən çox qol vuran türk futbolçu olub.

İtaliyanın "İnter" komandasında çıxış edən 29 yaşlı milli futbolçu A seriyasının 12-ci həftəsində komandasının "Frozinone"yə 2:0 hesabı ilə qalib gəldiyi matçda penaltidən fərqlənib.

Komandasının ikinci qolunu vuran Hakan bu qolla A seriyasında ümumi qol sayını 37-yə çatdırıb.

Təcrübəli futbolçu 1950-1953-cü illər arasında "Palermo" və "Latsio" forması ilə 36 qol vuran Şükrü Gülesini geridə qoyaraq, A seriyasında ən çox qol vuran türk futbolçu olub.



Әlaqәli Xәbәrlәr