Çempionlar Liqasında 4 komanda 1/8 finala vəsiqəni rəsmiləşdirib

UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna yekun vurulub.

2062432
Çempionlar Liqasında 4 komanda 1/8 finala vəsiqəni rəsmiləşdirib

UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna yekun vurulub.

A, B, C və D qruplarında növbəti oyunlar keçirilib.

Türkiyenin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” Almaniya çempionu “Bavariya”nın qonağı olub. Münhenlilər Harri Keynin son dəqiqələrdəki dublu sayəsində minimalhesablı qələbə qazanıblar. Qrupun digər qarşılaşmasında “Mançester Yunayted” Danimarkada “Kopenhagen”ə uduzub.

Baş tutan matçlardan sonra 4 komanda - “Bavariya”, “Real”, “Real Sosyedad” və “İnter” 1/8 finala vəsiqəni rəsmiləşdiriblər.

Qeyd edək ki, ötən gün “Mançester Siti” (İngiltərə) və “Leyptsiq”in (Almaniya) pley-offda iştirakı dəqiqləşib.

Çempionlar Liqası
Qrup mərhələsi, IV tur
8 noyabr

A qrupu
“Bavariya” (Almaniya) – “Qalatasaray” (Türkiye) 2:1
“Kopenhagen” (Danimarka) – “Mançester Yunayted” (İngiltərə) 4:3
Xal durumu: “Bavariya” – 12, “Kopenhagen” – 4, “Qalatasaray” – 4, “Mançester Yunayted” – 3.

B qrupu
“Arsenal” (İngiltərə) – “Sevilya” (İspaniya) 2:0
PSV (Niderland) – “Lans” (Fransa) 1:0
Xal durumu: “Arsenal” – 9, PSV – 5, “Lans” – 5, “Sevilya” – 2.

C qrupu
“Napoli” (İtaliya) – “Union” (Berlin, Almaniya) 1:1
“Real” (İspaniya) – “Braqa” (Portuqaliya) 3:0
Xal durumu: “Real” – 12, “Napoli” – 7, “Braqa” – 3, “Union” – 1.

D qrupu
“Real Sosyedad” (İspaniya) – “Benfika” (Portuqaliya) 3:1
“Zaltsburq” (Avstriya) – “İnter” (İtaliya) 0:1
Xal durumu: “Real Sosyedad” – 10, “İnter” – 10, “Zaltsburq” – 3, “Benfika” – 0.



Әlaqәli Xәbәrlәr