Türkiyəli motosikletçi “Moto-3”ün 16-cı ayağında birinci oldu

Türkiyə Motosiklet Federasiyasından verilən məlumata görə ...

2054167
Türkiyəli motosikletçi “Moto-3”ün 16-cı ayağında birinci oldu

 

  Türkiyə milli motosikletçisi Dəniz Öncü Avstraliyada keçirilən Moto-3 Dünya Çempionatının 16-cı ayağında birinci oldu.

  Türkiyə Motosiklet Federasiyasından verilən məlumata görə, yarış “Phillip İsland Circuit”də 21 dövrə üzrə keçirilib.

  Milli atlet Dəniz Öncü yağış altında keçirilən yarışda damalı bayrağı birinci olaraq keçərək karyerasında üçüncü Moto-3 qələbəsini qazanıb.

  Dəniz son turda yarışı qazanaraq komandası “Red Bull KTM Ajo”ya 200-cü qələbəsini yaşadıb.

  Yarışda yaponiyalı Ayumu Sasaki ikinci, avstraliyalı Coel Kelso isə üçüncü olub.

  Dəniz Öncü ümumi təsnifatda 180 xalla beşinci yerdədir.



Әlaqәli Xәbәrlәr