“Fransalı idmançılara hicab qadağan edilib”, A.O.Kastera

Fransa Futbol Federasiyası (FFF) daxili reqlamentinin birinci maddəsi futbolçulara matçlar zamanı dini mənsubiyyətini göstərən geyim və ya simvol geyinməyi qadağan edir

2041997
“Fransalı idmançılara hicab qadağan edilib”, A.O.Kastera

 

  “Fransada 2024 Paris Olimpiya Oyunlarında iştirak edən fransalı idmançılara hicab taxmaq qadağan edildi”, bunu ölkənin idman naziri Amelie Oudea-Kastera qonaq olduğu “France 3” kanalına müsahibəsində bildirib.

  Oudea-Kastera 26 iyul - 11 avqust 2024-cü il tarixləri arasında paytaxt Parisdə keçiriləcək Olimpiya Oyunlarına qatılan Fransa komandaları idmançılarının hicab taxa bilməyəcəklərini söyləyib.

  Fransalı nazir idmanda dünyəvilik rejiminin tərəfdarı olduqlarını bildirib.

  Qeyd edək ki, Fransa Futbol Federasiyası (FFF) daxili reqlamentinin birinci maddəsi futbolçulara matçlar zamanı dini mənsubiyyətini göstərən geyim və ya simvol geyinməyi qadağan edir. 2016-cı ildən hicaba icazə vermədiyi üçün “Les Hijabeuses” (Hiccablılar) Futbolçular Cəmiyyəti bu yasağın qaldırılması üçün Dövlət Şurasına müraciət etmişdi. Amma şura da 2023-cü iyunun 29-da qadın futbolçuların FFF matçlarında hicab geyinməsinə qadağa qoydu.



Әlaqәli Xәbәrlәr