Türkiyenin iki klubu UEFA Konfrans Liqasında qrup mərhələsinə vəsiqə qazandı

“Fənərbağça” və “Beşiktaş” pley-off mərhələsində rəqibini üstələdilər.

2031599
Türkiyenin iki klubu UEFA Konfrans Liqasında qrup mərhələsinə vəsiqə qazandı

Türkiyenin iki klubu UEFA Konfrans Liqasında qrup mərhələsinə vəsiqə qazanıb.

“Fənərbağça” və “Beşiktaş” pley-off mərhələsində rəqibini üstələdilər.

“Fənərbağça” öz meydanında 5:1 hesabı ilə məğlub etdiyi Niderland klubu “Tvente”yə səfərdə də qalib gəldi. Edin Dzekonun yeganə qolu İstanbul nəhənginə 1:0 hesablı qələbə qazandırdı.

Ukraynanın “Dinamo” (Kiyev) klubundan səfərdə güclü olan “Beşiktaş” (3:2) Türkiyedəki cavab görüşündə də üstünlüyün qorumağı bacardı. “Ağ-qaralar” Vensan Abubakarın qolu sayəsində 1:0 hesablı qalibiyyətə sevindilər.

Türkiyenin digər təmsilçisi “Adana Dəmirspor” isə doğma arenasında Belçika “Genk”ini qəbub etdi. Belçikadakı ilk matçda yerli komanda 2:1 hesabı ilə qalib gəlmişdisə, bu dəfə adanalılar rəqibi eynifərqli hesabla (1:0) məğlub etdilər. 

Avropa Konfrans Liqası
Pley-offun cavab oyunları
31 avqust

“Bodo Qlimt” (Norveç) – “Sepsi” (Rumıniya) 3:2 (ilk oyun 2:2)
HJK (Finlandiya) – “Farul” (Rumıniya) 2:0 (1:2)
“Breydablik” (İslandiya) – “Struqa” (Şimali Makedoniya) 1:0 (1:0)
APOEL (Kipr) – “Gent” (Belçika) 1:2 (0:2)
“Brann” (Norveç) – “Alkmaar” (Niderland) 3:3, penaltilər 5:6 (1:1)
“Viktoriya” (Çexiya) – “Tobol” (Qazaxıstan) 3:0 (2:1)
“Tvente” (Niderland) – “Fənərbaxça” (Türkiye) 0:1 (1:5)
PAOK (Yunanıstan) – “Harts” (Şotlandiya) 4:0 (2:1)
“Adana Dəmirspor” (Türkiye) – “Genk” (Belçika) 1:0, penaltilər 4:5 (1:2)
BATE (Belarus) – “Ballkani” (Kosovo) 1:0 (1:4)
“Beşiktaş” (Türkiye) – “Dinamo” (Kiyev, Ukrayna) 1:0 (3:2)
“Çelye” (Sloveniya) – “Makkabi” (Təl-Əviv, İsrail) 1:1 (1:4)
“Dnepr-1” (Ukrayna) – “Spartak” (Trnava, Slovakiya) 1:2 (1:1)
“Ferentsvaroş” (Macarıstan) – “Jalgiris” (Litva) 3:0 (4:0)
“Fiorentina” (İtaliya) – “Rapid” (Avstriya) 2:0 (0:1)
“Partizani” (Albaniya) – “Astana” (Qazaxıstan) 1:1 (0:1)
“Riyeka” (Xorvatiya) – “Lill” (Fransa) 1:1 (1:2)
“Brügge” (Belçika) – “Osasuna” (İspaniya) 2:2 (2:1)
“Ayntraxt” (Almaniya) – “Levski” (Bolqarıstan) 2:0 (1:1)
“Aston Villa” (İngiltərə) – “Hibernian” (Şotlandiya) 3:0 (5:0)
“Legiya” (Polşa) – “Midtyulland” (Danimarka) 1:1, penaltilər 6:5 (3:3)
“Partizan” (Serbiya) – “Nordsyelland” (Danimarka) 0:1 (0:5)



Әlaqәli Xәbәrlәr