“Beşiktaş” və “Fənərbağça” qələbə qazandı, “Adana Dəmirspor” uduzdu

Türkiye klubları UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunlarını keçirdilər.

2028925
“Beşiktaş” və “Fənərbağça” qələbə qazandı, “Adana Dəmirspor” uduzdu
Genk - Adana Demirspor
Dinamo Kiev beşiktaş.jpg

Türkiye klubları UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunlarını keçirdilər.

İstanbul nəhəngləri “Beşiktaş” və “Fənərbağça” qələbə, “Adana Dəmirspor” isə məğlubiyyətlə yadda qaldı.

“Beşiktaş” Kiyev “Dinamo”su ilə səfər görüşünü Rumıniyanın paytaxtı Buxarestdə keçirdi. Qarşılaşma "Beşiktaş"ın 3:2 hesablı qələbəsi ilə başa çatdı. “Ağ-qaralar”a qələbə qazandıran qola 90+5-ci dəqiqədə qazaxıstanlı transfer Baxtiyor Zaynutdinov imza atdı.

“Fənərbağça” doğma meydanında Niderland təmsilçisi “Tvente”ni darmadağın etdi – 5:1.

“Adana Dəmirspor” isə Belçikada “Genk”lə üz-üzə gəldi. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşdı.

Qeyd edək ki, pley-offun cavab matçları avqustun 31-də keçiriləcək.



Әlaqәli Xәbәrlәr