“Qalatasaray” Norveçdə qələbə qazandı

Türkiye çempionu “Qalatasaray” səfər matçına çıxdı.

2028479
“Qalatasaray” Norveçdə qələbə qazandı

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları çərçivəsində daha 3 görüş keçirildi.

Türkiye çempionu “Qalatasaray” səfər matçına çıxdı.

"Qalatasaray" Norveçdə yerli “Molde”ni son dəqiqələrdə vurduğu qol sayəsində məğlub etdi.

İsraildə Hayfa “Makkabi”si ilə İsveçrənin “Yanq Boyz” komandasının duelində qalib müəyyənləşmədi.

Portuqaliya təmsilçisi “Braqa” isə doğma meydanda Yunanıstan “Panatinaikos”unu minimal fərqlə üstələdi.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
23 avqust

23:00. “Braqa” (Portuqaliya) - “Panatinaikos” (Yunanıstan) – 2:1
Qollar: Abel Ruiz, 51, Alvaro Djalo, 73 - Daniel Mançini, 90+5

23:00. “Makkabi” (Hayfa, İsrail) - “Yanq Boyz” (İsveçrə) – 0:0

23:00. “Molde” (Norveç) – “Qalatasaray” (Türkiye) - 2:3
Qollar: Martin Ellinqsen, 8, Kristoffer Hyugen, 56 - Sergio Oliveyra, 25, Mauro İkardi, 29, Fredrik Midtsyo, 90+3

Qeyd edək ki, bu cütlərdə cavab görüşləri avqustun 29-da keçiriləcək.



Әlaqәli Xәbәrlәr