"Qalatasaray" Çempionlar Liqasına heç-heçə ilə başladı

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib.

2016051
"Qalatasaray" Çempionlar Liqasına heç-heçə ilə başladı

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib.

Türkiye çempionu "Qalatasaray" Litvada "Jalgiris"lə məhsuldar heç-heçə edib - 2:2.

Hesabı 48-ci dəqiqədə meydan sahiblərindən Matias Oyevusi açıb. 75-ci dəqiqədə İstanbul təmsilçisinin müdafiəçisi Abdülkerim Bardakcı tarazlığı bərpa edib. Cəmi 3 dəqiqə sonra Halil Dervişoğlu qonaqları hesabda önə keçirib. Son nöqtəni isə 90+2-ci dəqiqədə Donatas Kazlauskas qoyub.

Digər oyunda isə HİK Finlandiyada Norveç "Molde"sini minimal hesabla məğlub edib. Yeganə qolu 25-ci dəqiqədə Topi Keskinyen vurub.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
25 iyul

20:00. "Jalgiris" (Litva) - "Qalatasaray" (Türkiyə) - 2:2
Qollar: Matias Oyevusi, 48. Donatas Kazlauskas, 90+2 - Abdülkerim Bardakcı, 75. Halil Dervişoğlu, 78
Qırmızı vərəqə: Donatas Kazlauskas ("Jalgiris"), 90+2

20:00. HİK (Finlandiya) - "Molde" (Norveç) - 1:0
Qol: Topi Keskinyen, 25

22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Astana" (Qazaxıstan) - 4:0
Qollar: Bruno Petkoviç, 36. Luka İvanuşets, 41; 43; 56

22:00. "Dnepr-1" (Ukrayna) - "Panatinaikos" (Yunanıstan) - 1-3
Qollar: Aleksandr Kapilenko, 90 - Andras Sporar, 10. Filip Dyuriçiç, 74. Fotis Yoannidis, 84

22:30. "Servett" (İsveçrə) - "Genk" (Belçika) - 1:1
Qollar: Stiv Rulye, 78 - Emmanuel Arokodare, 21

23:00. "Zrinski" (Bosniya və Herseqovina) - "Slovan" (Slovakiya) - 0:1
Qollar: Şarani Zuberu, 53

23:15. "Breydablik" (İslandiya) - "Kopenhagen" (Danimarka) - 0:2
Qollar: Yordan Larsson, 1. Rasmus Falk, 32

Qeyd edək ki, II təsnifat mərhələsinin digər 5 oyunu bu gün keçiriləcək.



Әlaqәli Xәbәrlәr