Qapıçı 22 gün sonra komadan çıxdı

Onun həyat yoldaşı Alba Silva İspaniya mətbuatına verdiyi açıqlamada Serxionun komadan çıxdığını, huşunun yerində olduğunu, sakitləşdirici dərmanlara ehtiyac olmadan müalicəsinin davam etdiyini bildirib və ...

2002055
Qapıçı 22 gün sonra komadan çıxdı

 

  “Pari Sen-Jermen” (Paris Saint-Germain) futbol komandasının ispan qapıçısı Serxio Riko (Sergio Rico) atdan yıxılaraq xəstəxanaya yerləşdirildikdən 22 gün sonra komadan çıxıb. Onun həyat yoldaşı Alba Silva İspaniya mətbuatına verdiyi açıqlamada Serxionun komadan çıxdığını, huşunun yerində olduğunu, sakitləşdirici dərmanlara ehtiyac olmadan müalicəsinin davam etdiyini bildirib və "Allaha şükür. İndi biz tunelin sonundakı işığı görə bilirik. İnanılmaz yardım və fədakarlığa görə bütün xəstəxana işçilərinə və həkimlərə təşəkkür edirik” deyib.

  Fransanın “Paris Saint-Germain” futbol komandasının ehtiyat qapıçısı olan 29 yaşlı Serxio Riko komandası liqa çempionluğunu qazandıqdan sonra mayın 28-də Huelvanın El-Rosio (El Rocio) şəhərində keçirilən festivala getmişdi. Orada mindiyi atdan yıxılan Riko kəllə-beyin travması aşkar keçirmiş və Vurxen-del-Rosio (Virgen del Rocio) xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.  



Әlaqәli Xәbәrlәr