Cim Hayns dünyasını dəyişdi

100 metr məsafəni 10 saniyəyə qaçan ilk Amerika idmancısı Cim Hayns həyatını itirib

1996282
Cim Hayns dünyasını dəyişdi

 

  Cim Hayns (Jim Hines) dünyasını dəyişdi.

  100 metr məsafəni 10 saniyəyə qaçan ilk Amerika idmancısı Cim Hayns həyatını itirib.

  1968-ci il Meksika Olimpiadasında 9 saniyə 95 millisaniyə ilə 1988-ci ilə qədər olimpiya rekorduna sahib olan Hayns 76 yaşında vəfat edib.

  Cim Hayns 4 dəfə 100 metr estafetində qızıl medal qazanıb, ABŞ-a birincilik gətirib.

  1968-ci il olimpiadasından sonra atletikadan təqaüdə çıxan Hayns sonra “Miyami Dolphins” və “Kansas City Chiefs” komandalarında Amerika futbolu üçün oynamışdı.



Әlaqәli Xәbәrlәr