Messiyə rekord təklif

PSJ-nin hücumçusu Lionel Messi mövsüm başa çatmamış ilk rəsmi təklifini alıb.

1982851
Messiyə rekord təklif

TRT spor xəbər verir ki ulduz futbolçunun karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək ehtimalı gün keçdikcə artır.

 Çünki “Əl-Hilal” Argentina millisinin kapitanına rəsmi müqavilə təklifi edib. Səudiyyə Ərəbistanının turizm üzrə səfiri olan Leo təklifi qəbul etsə, fantastik məbləğdə gəlir əldə edəcək. Ancaq onun üçün prioritet “Barselona”ya qayıtmaqdı. Bu variant baş tutmasa, o zaman “Əl-Hilal”ın təklifi nəzərə alınacaq.

 Qeyd edək ki, Lionel Messi PSJ rəhbərliyindən icazəsiz Səudiyyə Ərəbistanına getdiyindən, əsas komandadan uzaqlaşdırılıb.

 



Әlaqәli Xәbәrlәr