La Liqa klubu baş məşqçisini qovub

“Xetafe”nin baş məşqçisi Kike Flores postunu tərk edib.

1980409
La Liqa klubu baş məşqçisini qovub

 TRT spor xəbər verir ki, La Liqa klubu 58 yaşlı mütəxəssisin qovulduğunu açıqlayıb.

Təcrübəli çalışdırıcı çempionatın 31-ci turunda komandanın öz meydanında “Almeriya”ya 1:2 hesabı ilə məğlub olduğu görüşün ardından istefaya göndərilib. “Xetafe” hazırda turnir cədvəlinin 17-ci pilləsində qərarlaşır.

Qeyd edək ki, Kike Flores 2021-ci ilin oktyabrından bəri “Xetafe”ni çalışdırıb. İspaniyalı daha əvvəl 2004-2005 və 2015-ci illərdə də bu komandaya rəhbərlik edib.

 



Әlaqәli Xәbәrlәr