“Fiorentina” finalda

İtaliya kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

1980421
“Fiorentina” finalda

TRT spor xəbər verir ki, ikinci yarımfinal görüşündə “Fiorentina” doğma meydanda “Kremoneze” ilə qarşılaşıb.

Cavab görüşü qolsuz bitib. Nəticədə səfərdə 2 cavabsız qolla qalib gəlmiş “Fiorentina” finala çıxıb.

Daha öncə “İnter” “Yuventus”u mübarizədən kənarlaşdıraraq finala yüksəlmişdi. Beləliklə, mayın 24-də baş tutacaq həlledici oyunda “İnter”lə “Fiorentina” qarşılaşacaq. Matç TRT spor kanalından canlı yayımlanacaq

Fiorentina – Kremoneze 0:0

İlk oyun – 2:0.



Әlaqәli Xәbәrlәr