Voleybol üzrə komandalarımız ¼ final uğrunda mübarizə aparır
TRT spor xəbər verir ki CEV Çempionlar Liqasının 1/4 finalının cavab oyunlarında “VakıfBank”, “Eczacıbaşı Dynavit” və “Fənərbaxça Opet” rəqibləri ilə qarşılaşacaq.

İstanbulda oynanan ilk oyunda İtaliya təmsilçisi “Vero Volley” ilə ilk matçda 3:0 hesabı ilə qalib gələn “VakıfBank” bu gün Türkiyə vaxtı ilə saat 22.00-da Milanda rəqibi ilə üz-üzə gələcək.
Dörddəbir finalın ilk matçında səfərdə “Developres”i 3:1 hesabı ilə məğlub edən Eczacıbaşı Dynavit, 23 Mart Cümə axşamı günü saat 19.00-da İstanbulda Polşa təmsilçisini qəbul edəcək. İstanbulda “Carraro İmoco Conegliano”-nu 3:0 hesabı ilə məğlub edərək tur üstünlüyünü qazanan “Fənərbaxça Opet” isə 23 Mart Cümə axşamı rəqibinin qarşısına çıxacaq.
Qadınlar arasında CEV Kubokunda Türkiyeni təmsil edən Türk Hava Yolları da yarımfinal cavab matçında İtaliya təmsilçisi “Savino Del Beneni” qəbul edəcək. Sabah İstanbulda oynanılacaq qarşılaşma saat 19.00-da başlayacaq. Türk Hava Yolları səfər oyununda rəqibinə 3:0 hesabı ilə məğlub olub.
Әlaqәli Xәbәrlәr
Premyer Liqada mövsümün ən yaxşı məşqçisi açıqlanıb
İngiltərə Premyer Liqasında 2022/23 mövsümünün ən yaxşı məşqçisi müəyyənləşib.