“Qalatasaray Nef” səfərdə məğlub olub

Basketbol üzrə Çempionlar Liqasının 1/16 final mərhələsinin oyunları keçirilir.

1956379
“Qalatasaray Nef” səfərdə məğlub olub

TRT spor xəbər verir ki, K qrupunun üçüncü oyununda Türkiye təmsilçisi “Qalatasaray Nef” səfərdə İspaniyanın “Unicaja” komandasına 81-76 hesabı ilə uduzub.

Malagadakı “Jose Maria Martin Carpena” İdman Salonunda oynanan matçın ilk periodunda 26-21 hesabla üstünlüyü ələ keçirən ev sahibi komanda ikinci( 42-40) və üçüncü rübü də (62-61) üstün tamamlayaraq meydandan 81-76 hesabla qalib ayrılıb.

Qarşılaşmada “Unicaja”-nın oyunçusu Dario Brizuela(20 xal) və “Qalatasaray Nef”-in basketbolcusu Angelo Caloiaro(19 xal) komandalarının bombardiri olub.

Qeyd edək ki, “Unicaja" qrupda keçirdiyi hər üç görüşdən qalib ayrıldıqda “Qalatasaray Nef” oynadığı üç qarşılaşmanın ikisini uduzub.



Әlaqәli Xәbәrlәr