“Alanyaspor” klubunun yeni baş məşqçisi bəlli olub
Super Liqa təmsilçisini bundan sonra Ersun Yanal çalışdıracaq.
1952393
TRT spor xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Ersun Yanal çalışdıracaq.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. 61 yaşlı mütəxəssis bu postda ötən gün istefa vermiş Françesko Fariolini əvəzləyib.
Xatırladaq ki, Ersun Yanal son olaraq 2020/2021 mövsümündə “Antalyaspor”da baş məşqçi kimi çalışıb.