İtaliyalı baş məşqçidən zəlzələ qurbanları üçün yardım kampaniyası

Adana Dəmirsporun baş məşqçisi Vinçenzo Montella İtaliyanın ANSA agentliyinə bu barədə açıqlama verib.

1949656
İtaliyalı baş məşqçidən zəlzələ qurbanları üçün yardım kampaniyası

Bildirib ki, zəlzələlərdən zərərçəkənlərə yardım məqsədi ilə bir xeyriyyə təşkilatı qurduq. Bu çərçivədə “Əsrin fəlakəti”ndən ilk olaraq təsirlənən Türkiye üçün “SOS Turchia” adı altında yardım kampaniyasına satart verdik. Dərnəyimiz xeyriyyəçilikdən başqa bir məqsəd daşımayacaq. Yeganə məqsədimiz  toplanacaq   ianələr  ilə  Adanalılar üçün layihələr həyata keçirməkdir. Planlaşdırdığımız layihələrin həyata keçirilməsi üçün əlimdən gələn səyi edəcəyəm”.

48 yaşlı məşqçi həmçinin qeyd edib ki, www.sosturchia.com saytından ediləcək ianələr evsizlər üçün prefabrik evlərin tikintisi və kimsəsiz uşaqlar üçün istifadə ediləcək.

Qeyd edək ki, İtaliyanın keçmiş xarici işlər naziri Luici Di Maio da Vinçenzo Montellanın kampaniyasını sosial media hesablarında paylaşaraq dəstəkləyib.



Әlaqәli Xәbәrlәr