Avropa Konfrans Liqasında pley-off mərhələsinə start verilib

TRT spor xəbər verir ki, raundun bütün görüşləri eyni gündə keçirilib.

1947564
Avropa Konfrans Liqasında pley-off mərhələsinə start verilib
Trabzonspor v Basel ..jpg
Trabzonspor v Basel 3.jpg
Trabzonspor v Basel 5.jpg
Trabzonspor v Basel 6.jpg
Trabzonspor v Basel 7.jpg

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" İsveçrənin “Bazel” komandasını sınağa çəkib. Trabzon klubu ilk oyunda tək qolla qələbə qazanıb.

“Trabzonspor” (Türkiyə) - “Bazel” (İsveçrə) 1:0

Qol: Larsen, 65.

Bu raundun cavab görüşləri fevralın 23-də keçiriləcək.

Qeyd edək ki dağıdıcı zəlzələdən sonra ölkəmizdə rəsmi olaraq oynanan ilk matçda Türkiye bir ürək oldu. Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi və Super Liqa klublarının rəhbərləri matçı protokol tribunasında birlikdə izlərkən, müxtəlif komandaların azərkeşləri də tribunaları öz formaları və bayraqları ilə doldurdular. Şəhərdəki zəlzələdən zərərçəkənlərdən matçı izləmək istəyənlər isə klub tərəfindən lojalarda qonaq edildi. Matçdan əvvəl dağıntılar altından xilas edilənləri təmsil etmək üçün xüsusi xoreoqrafiya hazırlandı. Xoreoqrafiyada dağıntılar altından xilas edilən körpə, axtarış-xilasetmə qrupu, həyatını itirən Meksikalı axtarış-xilasetmə iti Proteo, zəlzələdə Türkiyeyə hər mənada dəstək verən ölkələrin bayraqları yer aldı. Zəlzələdə həyatını itirən vətəndaşların xatirəsi bir dəqiqəlik sükutla yad edilddi.

 



Әlaqәli Xәbәrlәr