UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları keçirilir

UEFA Çempionlar Liqasında oynanılan PSJ-Bayern Münhen və Milan-Tottenhem matçları öncəsi Kahramanmaraşda baş verən zəlzələlərdə həyatını itirənlər bir dəqiqəlik sükutla yad edilib.

1946572
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları keçirilir

TRT spor xəbər verir ki Mərasim zamanı türk və ərəb dillərində “Biz sizinləyik” pankartı açılıb.

UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında bu həftə keçiriləcək oyunlar öncəsi Kahramanmaraş və 10 vilayət ilə Suriyada baş verən zəlzələdə həyatını itirənlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmək qərarına gəlinib. Həmin qərar çərçivəsində UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində oynanılan Milan-Tottenhem və Paris Saint-Germain-Bayern Münhen matçları öncəsi zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



Әlaqәli Xәbәrlәr