Enes Ünal zəlzələ qurbanlarına dəstək verib

İspaniya La Liqasında 21-ci turun oyunları keçirilir.

1945642
Enes Ünal zəlzələ qurbanlarına dəstək verib

TRT spor xəbər verir ki dünən daha 4 götüş baş tutub.

“Xetafe”-“Rayo Valyekano” matçı heç-heçə bitib. “Xetafe” – “Rayo Valyekano” 1:1

Qol: Enes Ünal, 77 – Arambarri, 38-öz qapısına.

Enes Ünal vurduğu qoldan sonra Türkiye və Suriyada baş verən zəlzələlərdən zərər çəkən vətəndaşları da unutmadı.

Milli oyunçu vurduğu qoldan sonra üzərində “Türkiye və Suriya üçün dua et” yazılmış köynəyi tribunalara göstərərək, qolu zəlzələdə həyatını itirən vətəndaşlara həsr etdi.

Günün digər oyunlarında “Valyadolid” - “Osasuna” matçında qapılara qol vurulmayıb. Madrid “Atletiko”su səfərdə “Selta”nı, “Barselona” isə “Vilyarreal”ı tək qolla yenib.

 



Әlaqәli Xәbәrlәr