Paulo Dybaladan zəlzələ qurbanları üçün başladılan kampaniyaya dəstək

İtaliya A Seriyasının komandası Romada çıxış edən Argentinalı futbolçu Paulo Dybala milli futbolçu Merih Demiralın zəlzələ qurbanları üçün başlatdığı yardım kampaniyasına qatılıb.

1944318
Paulo Dybaladan zəlzələ qurbanları üçün başladılan kampaniyaya dəstək

TRT spor xəbər verir ki  bu barədə  Merih Demiral sosial media hesabında  məlumat yayıb: “Qardaşım Paulo Dybala ilə indicə danışdıq. O, Argentina xalqı adından başşağlığı verib və bizim yanımızda  olduğunu  bildirib. Bir forma göndərərək bunun hərrac yolu satılıb Dostlar Dərnəyinə ianə edilməsini  istəyib.

Qeyd edək ki, Milli futbolçu daha əvvəl portuqaliyalı ulduz Kriştiano Ronaldo və italiyalı müdafiəçi Leonardo Bonuççinin imzalı formalarını xeyriyyə hərracı ilə satmışdı.



Әlaqәli Xәbәrlәr