Türkiyədə idman tədbirləri dayandırıldı

Türkiyədə ötən gecə baş vermiş zəlzələ ilə əlaqədar bütün daxili idman tədbirləri dayandırılıb.

1942926
Türkiyədə idman tədbirləri dayandırıldı

TRT spor  xəbər verir ki, bu barədə ölkənin gənclər və idman naziri Mehmet Kasapoğlu yerli mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, ölkədəki bütün idman tədbirləri ikinci xəbərdarlığa qədər keçirilməyəcək.

Xatırladaq ki, Türkiyedə 7.7 bal gücündə zəlzələ olub. Episentri Kahramanmaraş olan təkanlar nəticəsində bir neçə ətraf rayonda güclü dağıntılar qeydə alınıb. Dağıntılar altında qalanlar arasında idmançıların da olduğuna dair xəbərlər var.

Türkiye Futbol Federasiyasıda (TFF) bu gün və 8 fevral çərşənbə günü oynanılacaq matçların təxirə salındığını  açıqlayıb.



Әlaqәli Xәbәrlәr