"Trabzonspor” 5 cavabsız qola üzüldü
Türkiye Super Liqasında 18-ci turun oyunları keçirilib.
1930414
TRT spor xəbər verir ki, dünən daha 3 qarşılaşma baş tutub.
“İstanbulspor” - “Qaziantep” matçında qalib müəyyənləşməyib. “Başakşəhər” “Adana Dəmirspor”u məğlub yola salıb. Son çempion “Trabzonspor” isə “Alanyaspor”a 5 cavabsız qolla uduzub.
Başakşəhər – Adana Dəmirspor 2:1
Qol: D.Türüç, 52-pen. S.Gürlər, 62 – S.Akaydın, 58.
Alanyaspor – Trabzonspor 5:0
Qol: E.Karaca, 14. Koka, 36; 45+7. Eduardo, 75. Y.Özdəmir, 78.
İstanbulspor – Qaziantep 1:1
Qol: Ethemi, 90+12-pen – Yevtoviç, 38.
Hazırda 39 xalı olan “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 35 xalla ikinci,
“Başakşəhər” 34 xalla üçüncüdür. “Adana Dəmirspor” 30, “Beşiktaş”la “Trabzonspor” 29 xal toplayıb.