Lionel Messi DÇ-da yeni rekorda imza atıb

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatlarında yeni rekorda imza atıb.

1920473
Lionel Messi DÇ-da yeni rekorda imza atıb

TRT spor xəbər verir ki, DÇ-2022-nin finalında Fransaya qarşı keçirdikləri matçın start heyətində yer alan 35 yaşlı hücumçu mundiallar tarixində ən çox oyun keçirən futbolçuya çevrilib.

O, uzun illərdir ki, Lotar Matteusa məxsus olan rekordu yeniləyib. Almaniya millisinin sabiq üzvü mundiallarda 25 oyuna çıxmışdı.

Xatırladaq ki, Messi bir neçə gün əvvəl verdiyi açıqlamada bu finalın onun üçün dünya çempionatlarında sonuncu oyun olacağını söyləmişdi. Bir sözlə, onun rekordu elə 26 oyundan ibarət olaraq tarixdə qalacaq.

 


Etiketlәr: #Lionel Messi

Әlaqәli Xәbәrlәr