Kanada komandası pley-off şansını itirdi

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində Kanada-xorvatiya ilə qarşılaşıb.

1911841
Kanada komandası pley-off şansını itirdi

TRT spor xəbər verir ki, F qrupunda Xorvatiya Kanada ilə üz-üzə gəlib. Hesabı kanadalıların açdığı matçda Avropa təmsilçisi inamlı və əzmkar qələbə qazanıb. Ardıcıl iki məğlubiyyətlə üzləşən Kanada yığması son turda qalib gəlsə belə, qrupdan çıxa bilməyəcək. Bununla da sözügedən komanda Qətər yığmasından sonra pley-off şansını itirən ikinci komanda olub.

Xorvatiya - Kanada 4:1
Qol: Andrey Kramariç, 36; 70. Marko Livaya, 44. Lovro Mayer, 90+4 - Alfonso Deyvis, 2.
Baş hakim: Andres Matonte (Uruqvay).
"Xəlifə" stadionu.



Әlaqәli Xәbәrlәr