Türkiye UEFA-ya müraciət etdi

Türkiye AÇ-2028-ə ev sahibliyi etmək istəyir.

1907409
Türkiye UEFA-ya müraciət etdi

Qurum yarışa ev sahibliyi etmək üçün rəsmi şəkildə UEFA-ya müraciət etdiklərini bildirib.

UEFA məsələ ilə əlaqədar məlumat yayıb. Bildirib ki, Türkiye 2028 və 2032 çempionatları üçün UEFA-ya müraciətini təqdim edib. İngiltərə, Şimali İrlandiya, İrlandiya Respublikası, Şotlandiya və Uels futbol assosiasiyaları 2028-ci il, İtaliya isə 2032-ci il üçün ev sahibliyi etmək istədiklərinə dair müraciətlərini lazımlı sənədlər təqdim edərək reallaşdırıblar.

Avropa çempiyonatına ev sahibliyi etmək istiyən, müraciət faylını 2023-cü il 12 aprelə dək təqdim edə biləcək. Çempionata ev sahibliyi edəcək ölkələr gələn ilin payızında açıqlanacaq.

 

 


Etiketlәr: #AÇ-2028 , #UEFA

Әlaqәli Xәbәrlәr