Daha üç komanda 1/8 finala vəsiqə qazandı

UEFA Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura yekun vurulub.

1898266
Daha üç komanda 1/8 finala vəsiqə qazandı

TRT spor xəbər verir ki, A, B, C və D qrupları üzrə bütövlükdə 8 oyun baş tutub.

A qrupunda “Liverpul” “Ayaks”ın qonağı olub. Mersisaydlılar səfərdə darmadağınla qalib gələrək vaxtından əvvəl 1/8 finala adlayıblar. Qrupun digər matçında “Napoli” İtaliyada “Reyncers”i sınağa çəkib və növbəti qələbəsini rəsmiləşdirib.

B qrupunda “Portu” Belçikada “Brügge”yə böyük hesabla qalib gələrək pley-offa vəsiqəni təmin edib. Buna Madrid “Atletiko”sunun “Bayer”lə ev oyununda xal itirməsi də şərait yaradıb.

C qrupunda “İnter” Plzen “Viktoriya”sını 4 cavabsız qolla yenib. Nəticədə İtaliya təmsilçisi vaxtından öncə 1/8 finala yüksəlib. “Barselona” isə “Bayern”ə doğma meydanda uduzub. Kataloniya təmsilçisinin qrupda qalması rəsmiləşib.

D qrupunda isə “Tottenhem” evdə “Sportinq”lə bərabərə qalıb. Qrupun digər oyununda Marsel “Olimpik"i “Ayntraxt”ın (Frankfurt) qonağı olub və məğlubiyyətlə üzləşib.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 5-ci tur
26 oktyabr

A qrupu

Napoli (İtaliya) - Reyncers (Şotlandiya) 3:0
yaks (Niderland) - Liverpul (İngiltərə) 0:3
B qrupu

Brügge (Belçika) - Portu (Portuqaliya) 0:4
Atletiko (Madrid, İspaniya) - Bayer (Almaniya) 2:2
C qrupu

İnter (İtaliya) - Viktoriya (Plzen, Çexiya) 4:0
Barselona (İspaniya) - Bayern (Almaniya) 0:3
D qrupu

Tottenhem (İngiltərə) - Sportinq (Portuqaliya) 1:1
Ayntraxt (Almaniya) – Olimpik (Marsel, Fransa) 2:1
 



Әlaqәli Xәbәrlәr