Türk idman mediasının əhəmiyyətli üzvü və ekranların məşhur siması dünyasını dəyişib
Məşhur idman diktoru və jurnalist, bir çox ilklərin səsi olan Xalid Kıvanç 97 yaşında dünyasını dəyişib.




1925-ci ildə İstanbulda anadan olan Xalid Kıvanç İstanbul Universitetinin Hüquq fakültəsini bitirib.
3 ay hakimlik etdikdən sonra həyatına jurnalist kimi davam etmək qərarına gəlib.
BBC-də 1 ilə yaxın işlədikdən sonra vətənə qayıdıb.
O, Türkiyedə nəşriyyatın inkişafına böyük töhfə verib. ilk gündəlik idman qəzetini nəşr edib. Papadan müsahibə alan ilk türk jurnalist olub.
Mərhum jurnalist Türkiye Radio Televiziya Qurumunun tarixində də mühüm yerə sahibdir.
O TRT yayım həyatına başlarkən ilk ekran simalarından biri olub. Bəzən uşaqlara, bəzən musiqisevərlərə müraciət edən Kıvanç olimpiya yayımında pioner idi.
Dövrünün bütün idman tədbirlərində izləyicilərə müraciət edən Kıvanç ən çox futbol aparıcısı kimi tanındı. Dünya çempionatını televiziyada təqdim edən ilk türk diktor və əfsanəvi futbolçu Pele-nin müsahibə verdiyi ilk türkiyəli jurnalist olub.
1300-dən çox mükafata layiq görülən Kıvanç centlmenliyi və ekranlarda sərgilədiyi enerji yaddaşlarda qalıb.
Әlaqәli Xәbәrlәr

Pley-off mərhələsində daha 4 oyun keçirilib
UEFA Çempionlar Liqasının pley-off mərhələsində daha 4 oyun keçirilib.