"Fənərbaxça" turu ilk sırada tamamladı

Türkiye Super Liqasında 3-cü tura yekun vurulub.

1871122
"Fənərbaxça" turu ilk sırada tamamladı

TRT spor xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.

“İstanbulspor” doğma meydanda “Konyaspor”a 4 cavabsız qolla uduzub. “Sivasspor” - “Alanyaspor” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Fənərbaxça” isə “Adana Dəmirspor”u məğlub yola salıb.

Fənərbaxça – Adana Dəmirspor 4:2

Qol: Valensiya, 20; 41. Zayç, 47. Alioski, 83 – Belhanda, 56. Dzyuba, 66.

3 turdan sonra 7 xala malik “Fənərbaxça”, “Başakşəhər”, “Beşiktaş” və “Qaziantep” zirvəyə şərikdir. “Antalyaspor”, “Adana Dəmirspor”, “Girəsunspor”, “Qalatasaray” və “Trabzonspor”un isə 6 xalı var.

 



Әlaqәli Xәbәrlәr