Yasemin Can rekord qırdı

Yasemin Can Avropa Atletika Çempionatında 10 min metr məsafəyə qaçışda 30:32.57 nəticə ilə qızıl medal qazandı.

1868805
Yasemin Can rekord qırdı

Yasemin Can bu nəticə ilə çempionat tarixində mübarizə apardığı kateqoriyada iki dəfə çempionluq qazanan ilk qadın idmançı olub.

Atletika Federasiyasının prezidenti Fatih Çintimar Yasemin Canın çempionluğuna dair açıqlamasında: “15 avqust tarixində Türkiyə Atletika Federasiyasının 100 yaşı tamam oldu. 100 illik yubileyimizi qeyd etdiyimiz gün milli atletimiz Yasemin Can 10 min metr məsafəyə qaçışda 30:32.57 nəticə ilə qızıl medal qazanaraq iki dəfə çempionluq qazanan ilk qadın idmançı kimi tarixə düşdü. Atletimizin bu uğurunu alqışlayırıq”.



Әlaqәli Xәbәrlәr