Super Liqada yeni mövsümün püşkü atılıb

Türkiyə Super Liqasında yeni mövsümün təqvimi müəyyənləşib.

1851883
Super Liqada yeni mövsümün püşkü atılıb

TRT Spor Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, 19 klubun iştirak edəcəyi çempionat 5, 6, 7 və 8 avqust tarixlərində keçiriləcək matçlarla başlayacaq.

Mövsümə gələn il mayın 28-də yekun vurulacaq.

İlk turda aşağıda adları qeyd olunan komandalar üz-üzə gələcək:

Antalyaspor - Qalatasaray

Karagümrük - Alanyaspor

Beşiktaş - Kayserispor

Sivasspor - Qaziantep

Ankaragücü - Konyaspor

Başakşəhər - Kasımpaşa

İstanbulspor - Trabzonspor

Fənərbaxça - Ümraniyəspor

Girəsunspor - Adana Dəmirspor

 



Әlaqәli Xәbәrlәr