Türkiyə Para Üzgüçülük üzrə Dünya Çempionatını 5 medalla başa vurdu
Türkiyə Bədəndən Əngəllilər İdman Federasiyasından verilən məlumata görə...
Türkiyə Para Üzgüçülük üzrə Dünya Çempionatını 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurdu.
Türkiyə Bədəndən Əngəllilər İdman Federasiyasından verilən məlumata görə, Portuqaliyanın Madeyra adasındakı Madeyra Olimpiya Üzgüçülük Kompleksində keçirilən Para Üzgüçülük üzrə Dünya Çempionatında Türkiyə milliləri 1 qızıl, 2 gümüş və 2 bürünc olmaqla ümumilikdə 5 medal qazanıb.
60 ölkədən 509 idmançının qatıldığı çempionatda Sümeyye Boyacı qızıl, Sevilay Öztürk 2 gümüş və Koral Berkin Kutlu 2 bürünc medal qazanıb, Elif İldem dördüncü, Emine Avcu isə beşinci olub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çempionatda medal qazanan milli idmançıları təbrik edərək sosial media hesabından yazıb: “Portuqaliyada keçirilən para üzgüçülük üzrə dünya çempionatında 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan milli idmançılarımızı təbrik edir, ölkəmizi böyük zəhmət və əziyyətlə təmsil edən həmvətənlərimizə öz və millətim adından təşəkkürümü bildirirəm.”
R.T.Ərdoğan paylaşımına Türkiyə bayrağı emojisini və medal qazanan milli idmançılar Sümeyye Boyacı, Sevilay Öztürk və Koral Berkin Kutlunun fotolarını da əlavə edib.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, sədr müavini Fuat Oktay, gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu da sosial media üzərindən medal qazanan milli idmançıları təbrik edərək minnətdarlıqlarını bildiriblər.