Avropa Konfrans Liqasındakı təmsilçilirimizin rəqibləri müəyyənləşib

Türkiyəni Avropa Konfrans Liqasında təmsil edəcək “Konyaspor” və “Başakşəhər”in rəqibləri müəyyənləşib.

1843859
Avropa Konfrans Liqasındakı təmsilçilirimizin rəqibləri müəyyənləşib

“Konyaspor”un Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “BATE Borisov”, Başakşehirin rəqibi isə “Makkabi Netanya” olub.

İlk oyunlar iyulun 21-də, cavab görüşləri isə iyulun 28-də keçiriləcək.

İttifak Holdinq Konyaspor ilk matçını səfərdə, Medipol Başakşehir isə öz meydanında keçirəcək.

Üçüncü təsnifat mərhələsindən sonra pley-off mərhələsini də uğurla tamamlayan komandalar sentyabrın 8-də start götürəcək qrup mərhələsinə vəsiqə qazanacaqlar.



Әlaqәli Xәbәrlәr