Millimiz Litva ilə qarşılaşacaq
Futbol üzrə Türkiyənin milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.
1842353

TRT Spor xəbər verir ki, İzmirdəki Gürsel Aksel stadionunda keçiriləcək qarşılaşmada Fransa Futbol Federasiyasından olan qadın hakim Stefani Frappart fit çalacaq.
Türkiyə vaxtı ilə saat 21:45-də başlayacaq qarşılaşma TRT 1-də canlı yayımlanacaq.
Ay-ulduzlu komandada Rıdvan Yılmaz zədəsi səbəbindən namizəd heyətdən çıxarılıb. Yığmada zədəli olan Enes Ünalın durumuna isə matç zamanı aydınlıq gələcək.
Qrupun ilk oyununda Farer adalarını 4:0, ikinci matçında səfərdə Litvanı 6:0, son matçda isə Lüksemburqu 2:0 hesabı ilə məğlub edən millimiz 9 xalla liderdir.
Әlaqәli Xәbәrlәr

“Trabzonspor” səfərdə rəqibinin qarşısına çıxır
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.